ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası gələn həftədən başlayaraq miqrantlara qarşı genişmiqyaslı reydlər keçirməyi planlaşdırır və əsas məqsəd qeyri-qanuni mühacirləri deportasiya etməkdir. Bu məlumatı əməliyyatın planlaşdırılmasında iştirak edən dörd mənbəyə istinad edən “The Wall Street Journal” nəşri yayıb.
İlk reydin Trampın andiçmə mərasimindən bir gün sonra, yanvarın 21-də Çikaqoda başlayacağı və həftə boyu davam edəcəyi gözlənilir. ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməliyyatı həyata keçirmək üçün 100-200 əməkdaşı göndərməyi planlaşdırır.
Nəşrin yazdığına görə, reydin əsas hədəfi “ölkədə qeyri-qanuni olan, cinayəti olan immiqrantlar” olacaq.
2022-ci ilin avqustundan bu yana ümumilikdə 51 mindən çox immiqrantın şəhərə daxil olduğu Çikaqodan sonra Nyu York, Los Anceles, Denver və Mayamidə də reydlər keçirilə bilər.