Ukraynadakı müharibəyə, Yaxın Şərqdəki xaosa son qoyacağam və çox yaxın olduğumuz III Dünya Müharibəsini dayandıracağam – Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezident səlahiyyətlərindən istifadə edərək kütləvi deportasiya əməliyyatlarına başlamaq, ətraf mühitin tənzimləməsini azaltmaq və müxtəliflik proqramlarına son qoymaq üçün səlahiyyətlərinin icrasına başladığı ilk gündə sərəncamlar imzalayacağını bildirib.

Trampın andiçmə mərasimindən bir gün əvvəl keçirdiyi mitinqdə dediyi kimi, “O, Ukraynadakı müharibəyə, Yaxın Şərqdəki xaosa son qoyacaq və çox yaxın olduğumuz III Dünya Müharibəsini dayandıracaq”.

“Biz uzun müddətdir ki, başqa ölkələri gücləndirir, onların sərhədlərini, ərazilərini qoruyur, indi öz ölkəmizi qurmağa, sərhədlərimizi qorumağa, əhalimizin qayğısına qalmağa başlayacağıq. Biz azad, güclü, varlı və qürurlu ölkə olacağıq və bu, sabahdan başlayır. Mən Ukraynadakı müharibəni, Yaxın Şərqdəki xaosa son qoyacağam və çox yaxın olduğumuz Üçüncü Dünya Müharibəsini dayandıracağam.

Əvvəlki administrasiyanın verdiyi bütün radikal və axmaq qərarları andiçmə mərasimimdən bir neçə saat sonra ləğv edəcəyik. Çox yaxında biz prezident Eisenhover dövründə etdiyimiz hər şeydən daha böyük bir deportasiya əməliyyatına başlayacağıq” – Donald Tramp bildirib.


Bu gün ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.

Andiçmə mərasimi Tbilisi vaxtı ilə saat 21:00-da başlayacaq. Donald Tramp Ali Məhkəmənin sədri Con Roberts qarşısında İncil üzərində and içəcək.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İvanişvili hökuməti universitet islahatları üzərində işləmək üçün komissiya yaradır

Növbəti Məqalə

“Xareba” və Şincikaşvili qrupları arasında qanlı qarşıdurma: bir yaralıdan başqa, digərləri də döyülüb – media

Oxşar Xəbərlər