Batumidə SOCAR-ın 200-ə yaxın əməkdaşı tətilə çıxıb. Onlar maaşların artırılmasını tələb edirlər.
Mütəxəssislər, ustalar, müxtəlif xidmətlərin işçiləri tətil edirlər. Onların sözlərinə görə, illərdir cüzi maaş alırlar ki, bu da onların iş yükünə uyğun gəlmir.
“Biz abonentlərin problemlərlə üzləşməməsi üçün təkcə təcili xidmətlərə təsir etmirik, digər xidmətlər üçün də tətil edirik”. Təxminən 200-250 nəfər.
10 gün əvvəl rəhbərliyə yazıb maaşın artırılmasını xahiş etdik, rədd etdilər. Bizə cavab verdilər ki, maaşlar Dövlət İşçiləri Milli Şurasının qərarı ilə müəyyən edilir və 2028-ci ilə qədər artım olmayacaq.
Bizi hədələdilər, deyirlər “bəyənmisiniz gedin, szii cərimələyərik, sizə pulu bura gətizdirəcəyik”, niyə bizi hədələyirlər?. Biz dinc şəkildə etiraz edirik və əmək haqlarımızı tələb edirik.
Bizə deyirlər ki, “biz də əziyyət çəkirik, maaşlarımız da azdır”. Bəs bu bahalı avtomobillər haradan gəlir, hər il yeni avtomobilləri haradan alırsınız? Onların maaşı nə qədərdir, bir ildə nə qədər qazanırlar? Yeddi ildir burada işləyirəm, maşın ala bilmirəm. Bizim kimi ailələrinə bir qəpik də gətirə bilmirlərsə, bahalı avtomobilləri hər il necə alırlar? Bu 2024-cü il cipləri haradan gəlir? -Bu barədə tətil edən işçi Ruslan Kaqbadadze bildirib.
„SOCAR” işçiləri maaşlarının artırılmasını tələb edirlər. Onun sözlərinə görə, abunəçilərin sayı günü-gündən artır, lakin onların maaşları hələ də artmır.
“Bizim də kadr çatışmazlığımız var. Hər gün kimsə az maaşa görə işini tərk edir. Təcrübəçilər gəlmir, kadrlar doldurulmur və deməli, biz gedən işçilərin məntəqələrində işləmək məcburiyyətindəyik.
Bizim çox işimiz var. Sürüşmələr, qəzalar var və biz hər hadisəyə çıxıb reaksiya verməliyik. Maaşlarımız hal-hazırda biabırçıdır, hazırda mütəxəssisin maaşı 1080 laridir, yağışda, qarda işləyən üçün çox aşağıdır.
Bütün bunları deyənde hücuma çıxırlar. Eyni şeyi təkrarlayırlar ki, SEMEK icazə vermir. Onlarla danışmaq faydasızdır. Onlardı rəhbər və bu problemi SEMEK ilə özləri həll etməlidirlər.
Biz əslində bizə aid olmayanı tələb etmirik. Bizim 2000 lari maaşımız yoxdur və biz 5000 lari artım tələb etmirik. Maaşımız çox minimaldır və biz onun heç olmasa kifayət qədər artırılmasını xahiş edirik ki, narazılıq olmasın”, – Kaqbadadze deyir.