Aİ səfirləri Gürcüstan diplomatik pasportları üçün vizasız gediş-gəlişin dayandırılması üçün yaşıl işıq yandırıblar. Xarici işlər nazirləri bunu bazar ertəsi təsdiq edəcəklər. Macarıstan və Slovakiya əleyhinə səs verəcək, lakin bunun əhəmiyyəti yoxdur, çünki məsələni ixtisaslı səs çoxluğu həll edir.
Azadlıq Radiosunun Avropa Bürosunun rəhbəri Rikard İozviak X-də yazır. Məlumat üçün bildirək ki, Aİ yanvarın sonuna kimi Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağı düşünür.