Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili X sosial platformasında yazıb ki, Avropa İttifaqının Xarici Agentlər Aktı ilə bağlı diplomatik pasportlar üçün vizasız gediş-gəlişi dayandırmaq qərarı bir qədər qeyri-adidir.
“O vaxtdan bəri Gürcüstan daha pis vəziyyətə düşdü: oğurlanmış seçkilər, Avropa yolunun dayandırılması, kütləvi etirazlar, zorakı repressiyalar. Köhnə qanunları unudun, yeni seçkilər tələb edin!” – Zurabişvili yazır.
Xatırladaq ki, dünən Avropa İttifaqı Şurası Gürcüstanın diplomatik və xidməti/rəsmi pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul edib.