Xüsusilə külli miqdarda rüsumsuz siqaret saxlamaq faktı ilə bağlı 2 nəfər tutulub. Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.
“Aparılmış istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərin Kvemo Kartli regionunda yaşayış yerlərindən satış üçün nəzərdə tutulmuş, ümumi bazar dəyəri 403 600 lari olan 83 500 qutu müxtəlif nominallı rüsumsuz siqaretlər götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 200-cü maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır, hansı ki, cəza olaraq 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”, – deyə məlumatda bildirilir.