Bu hərəkət dialoqu təhdid edir – AŞPA prezidenti Gürcüstan nümayəndə heyətinin qərarı ilə bağlı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulos bildirib ki, Gürcüstan nümayəndə heyətinin Parlament Assambleyasındakı işini dayandırması “Gürcüstanda demokratik standartların irəliləməsinə kömək edəcək” dialoqu təhlükə altına qoyur.

“Asambleya müəyyən şərtlər daxilində nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqinə səs verdikdən sonra Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasından çıxmaq qərarına təəssüflənirəm. Bu, Gürcüstanda demokratik standartların irəliləməsinə kömək edəcək dialoqu təhdid edir.” – Russopulos dedi.

Bundan əvvəl İvanişvilinin nümayəndəsi Tea Tsulukiani Avropa Şurası Assambleyasının plenar iclasından sonra Gürcüstan nümayəndə heyətinin Avropa Şurasında fəaliyyətini dayandırdığını elan edib. Onun sözlərinə görə, Gürcüstan bundan sonra Parlament Assambleyasında iştirak etməyəcəyinə baxmayaraq, Avropa Şurasının üzvü olaraq qalır. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Çexiya İvanişvili rejiminin üç yüksək vəzifəli məmuruna sanksiya tətbiq edib

Növbəti Məqalə

Vaşadze: İlk dəfə beynəlxalq sənəddə seçkilərin keçirilməsi ilə bağlı rəsmi müraciət olub

Oxşar Xəbərlər