Həbs edilən vətəndaşlar polis tərəfindən vəhşicəsinə döyülür. Sosial şəbəkələrdə hadisənin videogörüntüləri yayılır.
“Tbilisi Mall” ticarət mərkəzinin yaxınlığında çəkilən görüntülərdə təhlükəsizlik qüvvələrinin həbs edilən vətəndaşın başına necə döydüyü və onu həbs edən maşına necə mindirdikləri görünür.
Tbilisinin girişində davam edən etiraz aksiyasında Daxili İşlər Nazirliyinin nümayəndələri güc tətbiq edərək aksiyanın bir neçə iştirakçısını həbs ediblər.
İzdiham və zorakılıq fonunda mitinq iştirakçılarından bir neçəsi fəaliyyət qabiliyyətini itirib.
Polis müxalif siyasətçiləri: Nika Melia və Qiqi Uqulavanı, həmçinin fəal Dimitri Bidzinaşvilini həbs edib.