Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski rejim məhbuslarının ailə üzvləri ilə görüşüb və onlarla həmrəy olduğunu bildirib.
Səfirliyin yaydığı bəyanatda İvanişvili hakimiyyətini məhbusları azad etməyə çağırır.
“Bu gün Aİ səfiri öz komandası ilə birlikdə Gürcüstanda davam edən etirazlar fonunda saxlanılanların ailələri və yaxınları ilə görüşüb.
Hər bir məhbusun arxasında böyük çətinliklər yaşayan ailələri və dostları dayanır. Ortaq demokratik dəyərlərimizi qoruduğumuz üçün heç kim cəzalandırılmamalıdır. Avropa İttifaqı haqsız yerə həbs edilən bütün şəxslərlə tam həmrəy olduğunu bildirir və onları azad etməyə çağırır. Ədalət zəfər çalmalıdır. Cəzasızlığa son qoyulmalıdır” – səfirliyin bəyanatında deyilir.