Amerikada Donald Trampa qarşı kütləvi etiraz aksiyaları keçirilib. Bu barədə BBC məlumat yayıb.
Etiraza Trampın hərəkətləri səbəb olub. Vətəndaşların narazılığına tariflər və büdcə xərclərini azaltmaq üçün dövlət işçilərinin sayının azaldılması təşəbbüsü səbəb olub.
Nəşrin məlumatına görə, aksiyalar dinc xarakter daşıyıb. Vətəndaşlar əllərində “Krallara yox!” yazılmış etiraz plakatları tutublar.
Donald Tramp əleyhinə keçirilən nümayiş çərçivəsində 80-dən çox etiraz aksiyası keçirilib.