ABŞ-da Gürcüstan səfirliyi qarşısında immiqrantlar etiraz aksiyası keçirib.
“Sizə çox baha başa gələcək, satqınlar”, “Burada Putinin marionetləri işləyir” – Vaşinqtonda yaşayan gürcülər yeni kampaniyaya başlayıblar. Amerika paytaxtında etiraz aksiyası-tamaşasının iştirakçıları hər həftə səfirlik binasına toplaşaraq seçkinin nəticələrinə etiraz edəcəklərini, eyni zamanda uzaqdan işləyəcəklərini bildirirlər.