Florida və ABŞ-ın cənub-şərqində “Helen” qasırğası azı 44 nəfərin həyatına son qoyub.
CNN-in məlumatına görə, Cənubi Karolinada ən azı 19, Corciyada 15, Floridada 8, Şimali Karolinada 6 və Virciniyada 1 nəfər ölüb.
PowerOutageUS-un məlumatına görə, hazırda Virciniya, Qərbi Virciniya, Tennessi, Kentukki, Ohayo, Cənubi Karolina, Corciya, Şimali Karolina və Floridada 4 milyondan çox insan işıqsız qalıb.
Amerika maliyyə şirkəti Moody’s-in araşdırmasına görə, fırtına nəticəsində 15-26 milyard dollar arasında itki gözlənilir.
Helen qasırğası Saffir-Simpson şkalası üzrə 4-cü kateqoriyaya aid edilib.
Bütün ştatlarda axtarış-xilasetmə əməliyyatları davam edir. İşdə ABŞ Milli Qvardiyası da iştirak edir.