ABŞ-da İlham Əliyevin təyyarəsinə ehtiyat hissələrinin ixracı qadağan edilir

ABŞ Konqresində ikipartiyalı qanunvericilər qrupu doktor Qubad İbadoğlunun azad olunması tələbi ilə qanun layihəsi hazırlayıb. “Azərbaycan Təyyarə Mühərriklərinin İxracına Məhdudiyyətlər Aktı” adlı qanun layihəsinə görə doktor Qubad İbadoğlu azad olunana qədər İlham Əliyevin təyyarəsinə ehtiyat hissələrinin ixracı qadağan edilir. Qanun layihəsi ABŞ Dövlət Katibi Marco Rubiodan tələb edir ki, Qanun qüvvəyə minəndən ötən 30 gündən gec olmayaraq Konqresin müvafiq komitələrinə
√ Professor İbadoğlunun saxlanma vəziyyəti
√ ABŞ-ın onun azad edilməsi üçün diplomatik səyləri
√ Azərbaycanın sanksiyadan yayınma cəhdlərinə dair hesabat təqdim etsin.


Əgər hər hansı bir xarici şirkət, maliyyə institutu və ya hökumətin GE90-110B1L və ya GE90-115B mühərrik hissələrinin Azərbaycana ixracına yardım etdiyi aşkar edilərsə, ABŞ onlara sanksiyalar tətbiq edəcək, o cümlədən pozuntu törədən qurumun iştirak etdiyi maliyyə əməliyyatlarını bloklayacaq və Qanunu pozan təşkilat üçün ABŞ ixrac imtiyazlarını ləğv edəcək.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Rubio ABŞ-Ukrayna danışıqları üçün Səudiyyə Ərəbistanında səfərdədir

Növbəti Məqalə

Amnesty İnternational:”Tofiq Yaqubluya saxta məhkəmədən sonra hökm oxundu”

Oxşar Xəbərlər