ABŞ dövlət katibi Marko Rubio Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ-Rusiya danışıqları üçün Səudiyyə Ərəbistanına gəlib. Bu barədə Reuters xəbər verir.
Axios bu yaxınlarda bildirib ki, sözügedən sülh danışıqları çərşənbə axşamı, fevralın 18-də Səudiyyə Ərəbistanında keçiriləcək. “Reuters”in məlumatına görə, tarixlə bağlı məlumat Rusiya mətbuatında da təsdiqlənir.
Rubio fevralın 16-da bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olması məsələsində ciddi olub-olmaması yaxın günlərdə bəlli olacaq.
Bundan əlavə, fevralın 15-də Rubio ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Rusiya mətbuatında yer alan xəbərlərə görə, onlar Bayden administrasiyasının Rusiya qarşısında qoyduğu “maneələrin” aradan qaldırılmasını müzakirə ediblər.
Reuters-in məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski də regiondadır, nəşrin yazdığına görə, fevralın 16-da Birləşmiş Ərəb Əmirliklərinə gəlib və Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcəyini açıqlayıb. Zelenski həmçinin əlavə edib ki, səfəri zamanı Rusiya və ya Amerika rəsmiləri ilə görüşmək niyyətində deyil.