ABŞ Dövlət Departamenti “Gürcü Arzusu”ndan olan 20 nəfərə, o cümlədən Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən nazirlər, parlamentarilər, yüksək rütbəli hüquq-mühafizə orqanlarının əməkdaşları və özəl şəxslərə viza məhdudiyyəti qoyub. Rəsmi bəyanatı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller imzalayıb.
Bəyanatda Dövlət Departamenti İvanişvili rejimi tərəfindən Gürcüstan vətəndaşlarına qarşı həyata keçirilən “qəddar və əsassız” zorakılığı pisləyir. Sənəddə həmçinin qeyd olunur ki, ABŞ Gürcüstanda demokratiyaya xələl gətirənlərə cavab vermək üçün əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırlayır.
Viza məhdudiyyəti qoyulan şəxslərin kimliyi məlum deyil.