ABŞ-ın 2-ci təyyarədaşıyan gəmisi Yaxın Şərqdədir

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Abraham Lincoln təyyarədaşıyan gəmisi idarə olunan raketlərlə silahlanmış iki minaaxtaran eskadrilyasının müşayiəti ilə Yaxın Şərq regionuna gəlib.

Təyyarədaşıyan F-35 döyüş təyyarələri ilə təchiz olunub və iyulun ortalarında Yaxın Şərqə göndərilmiş USS Theodore Roosevelt təyyarədaşıyan gəmisi də daxil olmaqla, artıq regionda yerləşdirilən Amerika gəmilərinə qoşulacaq.

Təyyarədaşıyanlarla yanaşı, ABŞ bölgəyə USS Georgia idarə olunan raket sualtı qayığının da göndərilməsini əmr edib.

İran və İranın Livandakı Hizbullah qruplaşması İsrailin zərbələrinə cavab verəcəyinə söz verdikdən sonra ABŞ bölgəyə əlavə qüvvələrin göndərilməsi əmrini verib. İyulun sonunda İsrailin hava hücumları nəticəsində Beyrutdakı Hizbullah lideri Fuad Şükri və Tehranda HƏMAS-ın lideri İsmayıl Haniyyə öldürülüb.

Aprel ayında ABŞ hərbi-dəniz eskadrilyasının minaaxtaran gəmiləri İsrailə İrandan atılan raketləri dəf etməyə kömək ediblər. İran sözügedən cavab hücumu çərçivəsində İsrail istiqamətində 300-dən çox raket və pilotsuz uçan aparat atdı, lakin İsrail müdafiə hərəkətləri və müttəfiqlərinin köməyi sayəsində onların böyük əksəriyyətini dəf edə bildi.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Bütün Gürcüstandakı ofislərimizdə hücumlar və vandalizm baş verir – Axali

Növbəti Məqalə

Hakimlərə xalq müdafiəçi də müraciət edir

Oxşar Xəbərlər