Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə Elis Stefanikin namizədliyini irəli sürəcək.
Tramp qeyd edib ki, 2021-ci ildən ABŞ Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının konfransının sədri olan Elis Stefanik “Öncə Amerika” siyasətinin güclü və ağıllı döyüşçüsüdür.
Mənim kabinetimdə sədr Elis Stefanikin Birləşmiş Millətlər Təşkilatındakı səfiri vəzifəsinə namizədliyini irəli sürmək mənim üçün böyük şərəfdir”, – deyə Donald Tramp bildirib.
Elis Stefanik sözügedən vəzifə üçün Donald Trampın təklifini qəbul etdiyini təsdiqləyib.
Nəhayət, o, ABŞ Senatı tərəfindən vəzifəyə təsdiqlənməlidir.