Kirbi: İranın hücumu halında ABŞ İsraili müdafiə etməyə hazır olacaq
Neytral.ge xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının müşaviri Con Kirbi deyib ki, İranın İsrailə hücum edəcəyi təqdirdə ABŞ İsraili müdafiə etməyə hazırdır.
İsrail mediası Kanal 12-yə danışan Kirbi İran tərəfdən hücum ehtimalını müəyyən etməyin çətin olduğunu, lakin Ağ Evin İran tərəfinin açıqlamalarını ciddi qəbul etdiyini bildirib.
“Biz inanırıq ki, onlar bunu etmək istəsələr, hücum etməyə hazırdırlar, buna görə də bölgədəki qüvvələrimizi artırmalı olduq.” – Kirbi deyir.
Kirbinin sözlərinə görə, ABŞ-ın İrana mesajı həmişə ardıcıl olub və qalacaq: “Birincisi, bunu etməyin. Bunu genişləndirmək üçün heç bir səbəb yoxdur. Potensial genişmiqyaslı regional müharibəyə başlamaq üçün heç bir səbəb yoxdur. İkincisi, Lazım gələrsə, İsraili müdafiə etməyə hazır olacağıq”. – deyə əlavə etdi.