Artıq ABŞ Konqresinin Nümayəndələr Palatasında ABŞ-ın Bidzina İvanişvili və onun müttəfiqləri hökumətini tanımaqdan imtina etməsini, Salome Zurabişvilinin Gürcüstanın legitim lideri kimi tanınmasını və tələbi nəzərdə tutan qanun layihəsi qeydə alınıb.
“Gürcüstan kabusunun tanınmaması haqqında qanunun” müəllifləri Cənubi Karolinadan respublikaçı konqresmen Co Vilson və Tennessi ştatından demokrat konqresmen Stiv Koendir.
Konqresin Qanunvericilik Bülletenində oxuyuruq ki, akt Xarici Əlaqələr Komitəsi və əlavə olaraq Məhkəmə-Hüquq Komitəsi tərəfindən nəzərdən keçiriləcək.