Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalanti haqqında həbs orderi verməsindən sonra ABŞ Konqresinin Nümayəndələr Palatası məhkəmənin rəsmilərinə qarşı sanksiyaların tətbiqinə səs verib.
Yanvarın 9-da Nümayəndələr Palatası qanunsuz məhkəmə hərəkətləri haqqında qanun layihəsini qəbul edib. Bu, ABŞ və onun müttəfiq ölkələrinin, o cümlədən İsrailin vətəndaşlarının bu ölkələrdən kənar məhkəmələrdə mühakimə olunması, həbsi və ya həbs edilməsi üçün hər hansı bir əcnəbiyə sanksiya verilməsini nəzərdə tutur.
“Reuters”in məlumatına görə, qanun layihəsini Nümayəndələr Palatasının 243 üzvü – 198 respublikaçı və 45 demokrat dəstəkləyib. 140 demokrat əleyhinə çıxdı.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri respublikaçı Brayan Mast bildirib ki, Amerika bu qanunu ona görə qəbul edir ki, qanunsuz məhkəmə ABŞ-ın böyük müttəfiqi olan İsrailin baş nazirini həbs etməyə çalışır.