- ABŞ Konqresinin Azərbaycanda insan haqlarının pozulmasına görə bir sıra yüksək vəzifəli məmurlara sanksiyalar tətbiq olunmasını gündəmə gətirməsi bu gün parlamentdə də müzakirə olunub. Milli Məclisin deputatı Siyavuş Novruzov deyib:O insanlara sanksiya tətbiq olunması tələb olunur ki, həmin insanlar ləyaqətlə Azərbaycan dövlətçiliyinə, xalqına xidmət edirlər, ermənilərə qarşı mübarizə aparıblar. Ata və anasını tanımayan istər Benilüks ölkələrinin, istərsə də Fransanın deputatları, o cümlədən Azərbaycanı xəritədə tapa bilməyən ABŞ Konqresinin üzvləri Azərbaycanda hansısa hakimlərin, kənd rayonunda işləyən müstəntiqin adını əzbər şəkildə müəyyən sanksiyalara təklif edir. Burada oturanların əksəriyyəti heç o adamların ad-soyadın bilmir. Hakimləri təyin etdiyimizə görə səs veririk və bəzilərini tanıyırıq. Bu gün Azərbaycandan donos verən, məlumat ötürən o şəxslər – antimilli şura üzvləri, tiktoker Əli Kərimli, onun dəstəsi və digərləri özlərinin üzvü olan valyuta dəllalları, ev alverçiləri, toyuq oğrularını siyasi məhbus kimi yazıb cəmiyyətə sırımaq istəyirlər. Yaxud xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə, Ordusuna qarayaxma ilə məşğuldur. Azərbaycan yeganə ölkələrdəndir ki, 700 jurnalistə ev tikib verib.
Home Home ABŞ Konqresinin Azərbaycanda insan haqlarının pozulmasına görə bir sıra yüksək vəzifəli məmurlara sanksiyalar tətbiq olunmasını parlamentdə də müzakirə olunub
Oxşar Xəbərlər
Salome Zurabişvili təbii olaraq Avropa Parlamentində yeni seçkilərin yeganə həll yolu olduğunu vurğulayacaq – Qvaramiya
“Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri Nika Qvaramiya deyir ki, Gürcüstan prezidenti Avropa Parlamentində gürcü xalqı adından çıxış edəcək. Onun…
Rejim nümayəndələri üçün Milanda alış-veriş və Eyfel qülləsi yaxınlığındakı restoranda romantik axşam başa çatdı – Qiorqi Pataridze
Qiorqi Pataridze, “Çven” partiyasının həmsədri: Rəsmi siyasi və dövlət qulluqçuları adi pasportla da viza ala bilməyəcəklər – viza…
Fon Der Leyen: Gürcüstan hökumətinin Aİ-dən ayrılmasına görə təəssüflənirik
Biz Gürcüstan hökumətinin Avropa İttifaqından və onun dəyərlərindən ayrılmasından kədərlənirik. Avropa İttifaqı gürcü xalqının və onun Avropa gələcəyi…