- ABŞ Konqresinin Azərbaycanda insan haqlarının pozulmasına görə bir sıra yüksək vəzifəli məmurlara sanksiyalar tətbiq olunmasını gündəmə gətirməsi bu gün parlamentdə də müzakirə olunub. Milli Məclisin deputatı Siyavuş Novruzov deyib:O insanlara sanksiya tətbiq olunması tələb olunur ki, həmin insanlar ləyaqətlə Azərbaycan dövlətçiliyinə, xalqına xidmət edirlər, ermənilərə qarşı mübarizə aparıblar. Ata və anasını tanımayan istər Benilüks ölkələrinin, istərsə də Fransanın deputatları, o cümlədən Azərbaycanı xəritədə tapa bilməyən ABŞ Konqresinin üzvləri Azərbaycanda hansısa hakimlərin, kənd rayonunda işləyən müstəntiqin adını əzbər şəkildə müəyyən sanksiyalara təklif edir. Burada oturanların əksəriyyəti heç o adamların ad-soyadın bilmir. Hakimləri təyin etdiyimizə görə səs veririk və bəzilərini tanıyırıq. Bu gün Azərbaycandan donos verən, məlumat ötürən o şəxslər – antimilli şura üzvləri, tiktoker Əli Kərimli, onun dəstəsi və digərləri özlərinin üzvü olan valyuta dəllalları, ev alverçiləri, toyuq oğrularını siyasi məhbus kimi yazıb cəmiyyətə sırımaq istəyirlər. Yaxud xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə, Ordusuna qarayaxma ilə məşğuldur. Azərbaycan yeganə ölkələrdəndir ki, 700 jurnalistə ev tikib verib.
Home Home ABŞ Konqresinin Azərbaycanda insan haqlarının pozulmasına görə bir sıra yüksək vəzifəli məmurlara sanksiyalar tətbiq olunmasını parlamentdə də müzakirə olunub
Oxşar Xəbərlər
QHT: Strasburq Məhkəməsinə şikayət göndərilib
GGHA: Qeyri-hökumət təşkilatlarının Rusiya qanunlarına qarşı Strasburq Məhkəməsinə şikayət göndərmədiyi barədə məlumat yalandır. Qeyri-hökumət təşkilatlarının Rusiya qanunları ilə…
Zurabişvilini dəfn mərasimində görüblər
Gürcüstan prezidenti Kesariya Abramidzenin mülki dəfn mərasiminə gəlib Neytral.ge xəbər verir ki, Gürcüstan prezidenti Kesariya Abramidzenin mülki dəfn…
ABŞ 4 nəfərə sanksiya tətbiq edib
ABŞ Xarebaya, onun müavini Laqazuri, Zura Maxaradze və Koka Morqoşiaya sanksiya tətbiq edib. Neytral.ge xəbər verir ki, ABŞ…