ABŞ ordusu Husilərin obyektlərinə ilk dəfə B-2 bombardmançıları ilə hücum edib.
Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri Yəməndə üsyançı husilərin nəzarətində olan ərazilərdə B-2 bombardmançılarından hədəflərə zərbələr endirib.
CNN-in məlumatına görə, ABŞ ilk dəfədir ki, husilərə qarşı B-2 bombardmançılarından istifadə edir. Bundan əvvəl döyüş təyyarələri Yəməndə fəaliyyət göstərən üsyançılara qarşı hərbi əməliyyatda iştirak edib.
ABŞ müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, hədəf husilərin mülki və hərbi gəmilərə hücum etmək üçün silah saxladıqları beş yeraltı anbar olub. Amerika ordusu oktyabrın 16-da husilərin bu obyektlərini bombalayıb.