Fasiləsiz etiraz aksiyası davam edir – bu dəqiqələrdə vətəndaşlar Tbilisi Klassik Gimnaziyasının yaxınlığında toplaşır və orada ABŞ-ın Gürcüstandakı səfirliyinə göndəriləcək məktubu imzalayırlar.
Məktubda vətəndaşlar yazır ki, indi Gürcüstan xalqının ABŞ-n koməyinə ən çox ehtiyacı var.
“Gürcüstan bütün tarixi boyu azadlıq uğrunda mübarizə aparıb. Bu gün biz ölkəmizin demokratik, azad ölkə olması üçün mübarizə aparırıq və ölkənin inkişafı üçün, bizim dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ-ın dəstəyinə ehtiyacımız var ” – Maiko Cambazişvili deyir.