ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, ABŞ müttəfiqi Taylandın rəsmilərinə 40 müsəlman uyğurun Çinə deportasiyasındakı roluna görə sanksiya tətbiq edib.
Bəyanatda deyilir ki, ABŞ “Çin hökumətinə uyğurları və digər qrupları işgəncələrə və zorla itkinlərə məruz qaldıqları Çinə zorla geri qaytarmaq üçün təzyiq göstərmək cəhdlərinə qəti şəkildə qarşı çıxacaq”.
Bəyanatda bildirilir ki, sanksiyalar sanksiyaya məruz qalan şəxslərin ailə üzvlərinə də şamil oluna bilər.
“Bu siyasət 40 uyğurun Taylanddan məcburi geri qaytarılmasında iştirak edən və ya məsuliyyət daşıyan Taylandın indiki və keçmiş hökumət rəsmilərinə viza məhdudiyyətləri tətbiq etməklə dərhal qüvvəyə minir”. – Rubionun bəyanatında yazılıb.
ABŞ dövlət katibi Çinin uzun müddətdir uyğurlara qarşı insanlıq əleyhinə cinayətlər törətdiyini qeyd edir və dünya ölkələrini uyğurları və digər etnik qrupları Çinə qaytarmaqdan çəkinməyə çağırır.