Yəmən husiləri ABŞ-ın onlara qarşı yeni hücuma keçdiyini və ölənlərin sayının 53-ə çatdığını bildirib.
Husilərin məlumatına görə, martın 17-də səhər tezdən əl-Cauf və Hudeyda bölgələrinə zərbələr endirilib və ABŞ Mərkəzi Komandanlığı əməliyyatların davam etdiyini bildirib.
Vaşinqton ölənlər arasında husilərin yüksək rütbəli liderinin olduğunu iddia edir, baxmayaraq ki, qrup bu məlumatı təsdiqləməyib.
Husilərin lideri Əbdül Malik əl-Husi deyib ki, onun döyüşçüləri Amerika Yəmənə hücumunu dayandırana qədər Qırmızı dənizdə ABŞ gəmilərinə hücuma davam edəcəklər.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Volts ABC News-a bildirib ki, şənbə günü zərbələr “bir neçə husi liderini məhv edib”.
“Mən bunu aydınlaşdırmaq istəyirəm, bu kampaniya naviqasiya azadlığı və çəkindirmənin bərpası ilə bağlıdır” – ABŞ-ın müdafiə naziri Pit Heqsett Fox Business telekanalında deyib.
Husilər İsrail Qəzzanın blokadasını qaldırana qədər Qırmızı dəniz ticarət yollarına hücumlarını davam etdirəcəklərini və onların qüvvələrinin ABŞ-ın zərbələrinə cavab verəcəklərini bildiriblər.