Neytral.ge xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə “Amerika Birləşmiş Ştatları yeni sanksiyalar elan edəcək” dedi.
Dövlət Departamentinin mətbuat katibinin sözlərinə görə, münasibətlərə yenidən baxılması prosesi davam edir və o, əlavə addımları “istisna etmir”.
„Dövlət katibinin elan etdiyi ikitərəfli münasibətlərə baxış çərçivəsində biz onlarla Gürcüstan vətəndaşına və onların ailə üzvlərinə, o cümlədən “Gürcü Arzusu” partiyasının üzvlərinə, parlament üzvlərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və fərdi şəxslərə viza məhdudiyyəti tətbiq etdik. Həmçinin, biz 95 milyon dollarlıq yardımı dayandırdıq, bu baxış davam edir və əlavə tədbirləri istisna etmirəm”, – Miller bildirib.