Ad günündə silahdan istifadə – DİN susur

“Gürcü arzusu” deputatının möhtəşəm ad günü məclisində kim və niyə güllə atdı – Qomelaurinin agentliyi susur. 

Restoranda baş verənlər, hüquq-mühafizə orqanları əməkdaşlarının həmin yerə gəlib-gəlməməsi – Qardabani polis şöbəsində də suallar cavabsız qalıb. Şəxsi heyətin bir hissəsi ətraflı danışmasa da, atışma faktını inkar etmir. Sosial şəbəkələrdə yayılan kadrlarla yanaşı, ehtimal edilən atışma faktı da böyük ehtimalla restoranın daxili kameralarına düşüb.

Neytral.ge xəbər verir ki, atışma Kvemo Kartlidə “Gürcü arzusu”nun deputatı Savalan Mirzoyevin ad günündə baş verib.  Mənbənin “TV Pirveli”yə verdiyi məlumata görə, yubileyə Azərbaycandan xüsusi dəvətlə bir qrup müğənni gəlib. Videoda mahnının ifası zamanı bir neçə silah səsinin eşidildiyi an əks olunub.

Mənbənin sözlərinə görə, Savalan Mirzoyevin ad gününə “Gürcü arzusu”nun yüksək rütbəli məmurları da qatılıb, o cümlədən bir müddət əvvəl adı qalmaqalda hallanan Qiorqi Şincikaşvili.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Müxalifətə qadağa qoyulması ilə bağlı “Gürcü Arzusu”nun manipulyasiyası Moldova və Ukrayna nümunələri ilə əsaslandırılır.

Növbəti Məqalə

Stepantsmindadakı Terq çayında meyit tapılıb

Oxşar Xəbərlər