Əhməd İmamquliyev VMH partiyasının sədri Tina bokuçavaya, onun proporsional seçki siyahısından adının çıxarılması barədə müraciət edib. Müraciətində İmamquliyev bildirir ki, onun razılığı olmadan adını siyahıya salıblar və təcili olaraq adının çıxarılmasını tələb edir.
„Buradan Vahid Milli Hərəkat Partiyasının sədri xanım Tina Bokuçavaya müraciət edirəm ki, mənim adımı təcili olaraq parlament siyahınızdan çıxarın.
Mənim razılığım olmadan adımı Milli Hərəkatının parlament siyahısına salıblar.
Kim mənim adımı deputat siyahısına yazıb, bununla məni təhqir edəcəyini və ya mənə təzyiq göstərəcəyini düşünübsə, o, ilk növbədə məsuliyyətsiz bir insan, qalanlarını isə @&#%*+£!& bunu açıq şəkildə burada yaza bilmirəm!” – Əhməd İmamquliyev sosial şəbəkədə yazıb.
Neytral.ge xəbər verir ki, Əhməd İmamquliyevin sosial şəbəkədə yazdığına əsasən, razılığı olmadan onun adını proposional seçki siyahısına salıblar.