Ağ Evin sözçüsü: ABŞ-Ukrayna görüşündən gələn xəbərlər müsbətdir

Ağ Evin sözçüsü Kerolin Levitt ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçirilən ilk danışıqları “məhsuldar” və “pozitiv” adlandırıb. 

Levitt jurnalistlərlə danışarkən “Gün ərzində görüşdən alınan xəbərlər müsbətdir. Məhsuldar görüş oldu” deyib.

Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılır. Danışıqlarda Yermak, xarici işlər naziri Andrii Sibiqa, müdafiə naziri Rustem Umerov və Yermakın müavini Pavel Palisa təmsil olunacaq. 

Amerika tərəfini ABŞ dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals təmsil edir. Son məlumatlara görə, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ-Ukrayna danışıqlarına paralel olaraq Moskvaya gələcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Teatr universitetindən tələbələrin qovulması inanılmaz biabırçılıqdır – prezident

Növbəti Məqalə

Kür çayına düşən avtomobilin sürücüsü xilas oldu

Oxşar Xəbərlər