Aİ-nin texniki missiyası yaxın günlərdə Gürcüstana gələcək

Azadlıq Radiosu: Aİ-nin texniki missiyası yaxın həftələrdə Gürcüstana gələcək.

“Azadlıq” radiosunun məlumatına görə, Avropa İttifaqının oktyabrın 26-da keçirilən parlament seçkilərində aşkar edilən pozuntuları öyrənəcək texniki missiyası yaxın həftələrdə Gürcüstana gələcək. Bu barədə nəşrə Avropa Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Piter Stano məlumat verib. 

“Hazırlıq işləri gedir. Missiya ilə bağlı ətraflı məlumat müvafiq vaxtda açıqlanacaq”. – “Azadlıq” radiosunun məlumatına görə, Stano nəşrə yazılı cavab verib. 

“Azadlıq” radiosunun da yazdığı kimi, Stano-nun sözlərinə görə, ATƏT/DTİ-nin müşahidə missiyasının rəhbəri Aİ-yə üzv dövlətlərə hesabat təqdim edəcək və onlar seçki pozuntuları ilə bağlı şikayətlərə necə reaksiya verdikləri barədə danışacaqlar. 

Məlumat üçün bildirək ki, noyabrın 18-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel mətbuat üçün keçirdiyi brifinqdə Gürcüstana texniki missiyanın gələcəyini, məqsədinin “vəziyyəti yerindəcə təhlil etmək və Ədalətliliyi sual altında olan [26 oktyabr] seçkiləri zamanı baş verənləri qiymətləndirməkdir”. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İlham Əliyevin dedikləri sözlər Fransanı qəzəbləndirib

Növbəti Məqalə

Bokuçava: Saakaşvili əfv olunmasa, Zurabişvili “birləşdirici” kimi qəbul edilməyəcək

Oxşar Xəbərlər