Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi Batumidə Xəyallar şəhərində qəzada həyatını itirən uşaqların ailələrinə başsağlığı verib.
“Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi Batumidə iki gəncin faciəli şəkildə həlak olmasından dərin kədər hissi keçirir.
Bu çətin zamanda onların ailələrinin dərdinə şərikik”, – deyə məlumatda bildirilir.
Fevralın 15-də Batumidə qondarma Xəyallar şəhəri ərazisində iki azyaşlı xəndəyə düşərək ölüb.
KİV-in məlumatına görə, ölən uşaqların 7 və 5 yaşı var.