Aİ ofisi:”Gürcüstan 121 milyon avro itirəcək”

“Gürcüstan ölkədə demokratiyanın tənəzzülü nəticəsində Aİ-nin 121 milyon avro məbləğində yardımını itirəcək”.

Neytral.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa Komissiyasının Baş Direktorluğuna (DG) əsaslanaraq bildirir.

Məlumata görə, 2022 və 2023-cü illərdən qalan və birbaşa hökumət üçün nəzərdə tutulan vəsait itiriləcək.

“İllik ayrılan vəsaitlər həmin ildə tam xərclənmədiyindən, 2022 və 2023-cü illərdən birbaşa hökumət üçün nəzərdə tutulan vəsait itiriləcək.

Məlumata görə, 2022-2024-cü illərdə Aİ-dən “121,3 milyon avro, xüsusən də Gürcüstan vətəndaş cəmiyyətinə qarşı yönəlmiş “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra demokratik standartlara münasibətdə geriləmələrə cavab olaraq dayandırılıb/ayırılıb. 2022-ci ildə ayrılan vəsaitdən 12 milyon avro, 2023-cü ildən 72 milyon avro, 2024-cü ildən isə 37,3 milyon avro dayandırılıb/yenidən bölüşdürülüb”, – məlumatda deyilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Sirtsxviliya” hərəkatının bəyanatı

Növbəti Məqalə

Gürcüstanın namizəd statusu ləğv ola bilər

Oxşar Xəbərlər