Avropa Parlamentinin deputatı Teis Royten X sosial platformasında Aİ-yə üzv dövlətlər tərəfindən diplomatik pasportlara malik bir neçə gürcünün “qara siyahıya salınmasına” cavab verir və bunun qeyri-kafi olduğunu yazır.
“Gürcü xalqı 60 gün ardıcıl olaraq öz konstitusion Avro-Atlantik gələcəyini müdafiə etmək üçün küçələrə axışır. Bu gün Avropa İttifaqına üzv ölkələr bir neçə diplomatik pasport sahibini qara siyahıya salıb. Bu, qeyri-kafi, məyusedici və düzünü desək, utancvericidir” – Royten yazır.
Xatırladaq ki, dünən Avropa İttifaqı Şurası Gürcüstanın diplomatik və xidməti/rəsmi pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul edib.