Etiraz aksiyası “Tbilisi Mall”un yaxınlığında başlayır – ətrafda polislər səfərbər olunub, onlar magistralın perimetrində yerləşirlər.
Əraziyə toplaşanlar “Ədalət olmayacaq, sülh olmayacaq” şüarları səsləndiriblər.
Bundan əlavə, “TV Pirveli”nin müxbirinin verdiyi məlumata görə, xüsusi təyinatlılar “Gürcüstan Universiteti”nin şəhərciyinin yanında peyda olublar.
Mitinq iştirakçıları ölkədə təkrar seçkilərin keçirilməsini və etiraz aksiyalarında saxlanılanların azadlığa buraxılmasını tələb edirlər. Mitinqdə müxalif siyasətçilər də iştirak edir.