Qrup zorakılığını təşkil etmək, onlara rəhbərlik etmək və bu zorakılıqda iştirak etmək ittihamı ilə saxlanılan 8 nəfərə həbs cəzası verilib.
Saxlanılanların vəkilinin sözlərinə görə, himayəsində olanların ittiham olunduğu yeganə şey daş atmaqdır.
“Mən bunu deyə bilərəm ki, bura məhkəmə deyil, bura qəssabxanadır. Müdafiə etdiklərimə qarşı heç bir sübut yoxdur, bu, daş atan oğlanların işidir. Prokuror birbaşa işarə etdi ki, onlar daş atmaqda ittiham olunurlar” – vəkil deyir.
Interpressnews-un məlumatına görə, saxlanılan şəxslər – Zviad Tsetsxladze, Vasil Kadzelaşvili, Vefxia Kasradze, İrakli Miminoşvili, İnsaf Əliyev, Tornike Qoşadze və Qiorqi Qiorqadze susmaq hüququndan istifadə edirlər.
Nəşrin yazdığı kimi, müttəhimlərdən üçü – Zviad Tşekladze, Vefxiya Kasradze və Vasil Kadzelaşvili qrup zorakılığının təşkilində və başçılıq etməkdə ittiham olunurlar – onları 6 ildən 9 ilə qədər həbs gözləyir.
Müttəhimlərdən beşi – İrakli Miminoşvili, İnsaf Əliyev, Tornike Qoşadze və Qiorqi Qiorqadze qrup zorakılığında iştirakda ittiham olunurlar. Onları 4 ildən 6 ilə qədər həbs gözləyir.