Məni qaranlıq olan mikroavtobusa sürüklədilər. Mən orada olmaqdan qorxdum və məni oradan çıxarmağı xahiş etdim. Sonra məni patrul maşınına mindirib şöbəyə apardılar. Çox xoşagəlməz bir fakt baş verdi. Daxili İşlər Nazirliyinin (DİN deyirlər) işçiləri maska taxıb, video çəkib mənə dedilər: səndən xəbərimiz var ki, çılpaq halda striptiz rəqsi edirsən. Mənə niyə belə deyirdilər, bilmirəm. Mən təəccübləndim və nə edəcəyimi bilmədim. Bütün bunları eşitmək sadəcə dəhşətli idi. Yəqin məni özümdən çıxarmaq istəyirdilər. Və ya bəlkə şantaj – bilmirəm.
Məncə, mən heç nə etmirdim […] Mənə itaətsizlikdə ittiham irəli sürülüb, amma belə bir fakt ümumiyyətlə baş verməyib. Mən onları şifahi təhqir də etməmişəm.
Dekabrın 7-də parlamentin yaxınlığında davam edən mitinqdə həbs edilən Beatris Qazdeliani məhkəmədən əvvəl deyib.