Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kristian Vaqner Gürcüstanda baş verənlərlə bağlı Deutsche Welle-yə müsahibə verib.
“Almaniya hökuməti Gürcüstandakı hadisələri böyük narahatlıqla izləyir. Və əgər ölkə danışıqlar yoluna qayıtmaq qərarına gəlsə, Aİ-yə qapı açıq qalır.
Tiflisdəki etirazlara gəlincə, görünən odur ki, ölkə sakinlərinin bir çoxu hökumətin kursunu bölüşmür və əhalinin böyük bir hissəsinin Avropa Birliyinə üzv olmaq istəməsi görünən faktdır. Bu insanların öz tələblərini müdafiə etmək üçün çıxış etmək hüququ var, biz hüquq-mühafizə orqanlarının təmkinindən və zorakılıqdan imtina etməyə çağırırıq”, – Vaqner bildirib.