Almaniya nəzarəti gücləndirir

Almaniya qərb və şimal sərhədlərində miqrasiya nəzarətlərini gücləndirir

Neytral.ge xəbər verir ki, Almaniyanın Daxili İşlər Naziri Nensi Fezer, ölkəyə qanunsuz daxilolmaların qarşısını almaq məqsədilə bütün quru sərhədlərində nəzarətlərin gücləndirilməsi qərarını verib. Yeni sərhəd nəzarətləri 16 sentyabr tarixindən başlayaraq altı ay davam edəcək. Artıq Polşa, Çexiya və İsveçrə sərhədlərində nəzarətlər tətbiq olunur, Avstriya ilə sərhəddə isə bu tədbirlər 2015-ci ildən həyata keçirilir.

Yeni qərara əsasən, Almaniyanın qərb və şimal sərhədlərində, yəni Danimarka, Niderland, Belçika, Lüksemburq və Fransa ilə olan sərhədlərdə də nəzarətlər həyata keçiriləcək. Bu addımın məqsədi qanunsuz miqrasiya ilə mübarizə, həmçinin daxili təhlükəsizliyin qorunması və terror təhlükəsi ilə sərhəd cinayətkarlığına qarşı tədbirlərin görülməsidir. Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən ildən bəri 30.000-dən çox insan geri qaytarılıb.

Avstriya isə Almaniyadan geri qaytarılan miqrantları qəbul etməkdən imtina edir. Avstriyanın Daxili İşlər Naziri Gerhard Karner Almaniyanın “Bild” qəzetinə verdiyi açıqlamada, “Avstriya Almaniyadan geri qaytarılan şəxsləri qəbul etməyəcək”, – deyib. Bu qərarın qüvvədə olan qanunlara uyğun olduğunu vurğulayıb.

Bavariya əyalətinin Baş naziri Markus Söder isə miqrasiya siyasətində ciddi dəyişikliklər tələb edərək, Almaniya sərhədlərində miqrantların geri qaytarılmasını dəstəkləyir. Söderin fikrincə, bu addım miqrant axınının qarşısını almaqda vacibdir. O, sərhədlərdə daha çox nəzarətin tətbiq olunmasını, deportasiya tədbirlərinin artırılmasını və üçüncü dövlətlərlə əməkdaşlıqların genişləndirilməsini tələb edib.

Hazırda Almaniya sərhədlərində geri qaytarmalar yalnız məhdud hallarda, məsələn, girişi qadağan edilmiş və ya sığınacaq müraciət etməyən şəxslərə tətbiq edilir. Lakin yeni təkliflərin miqyasının genişləndirilməsi məsələsi hələlik açıq qalır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Tbilisidə Rusiya Universitetinin qapalı tədbiri keçirilib

Növbəti Məqalə

“Gürcü Arzusu”nun son şansı

Oxşar Xəbərlər