Almatıda illik yarımmarafon zamanı iki iştirakçı ölüb.
Ölənlərin 84 yaşlı Akoyan Rsaleyev və 21 yaşlı Nurbol Əhməd olduğu məlum olub.
Rsaleyev 2021-ci ildən yarım marafonda uğurla iştirak edir və hər il finiş xəttinə çatırdı.
“Ölümün əsas səbəbi ağciyər emboliyasıdır. Kişidə xroniki arterial hipertenziya var idi”. – hadisə yerinə gələn təcili yardım briqadasının rəisi deyib.
İkinci mərhum isə yarışın 16-cı kilometrində huşunu itirib. Təcili yardım gələnə qədər iştirakçı ölüb.
Həkimlərin sözlərinə görə, yarımmarafon iştirakçılarının son ölüm səbəbi tibbi müayinə başa çatdıqdan sonra məlum olacaq.