Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi Azadlıq Radiosunun suallarını cavablandırıb. Deyib ki, Azərbaycan hakimiyyətinin son aylar müstəqil mətbuata və vətəndaş cəmiyyətinə hücumlarla bağlı konkret söz söyləmək çətindir:
⁃ Siz bunların niyə belə edildiyini hökumətdən soruşmalısınız. Mən bunu deyə bilmərəm…Öz hərəkətləri üçün yalnız Azərbaycan hakimiyyətinin özü cavabdeh ola bilər. Mən bütün bunlardan hakimiyyətin məqsədinin nə olduğunu deyə bilmərəm…Düşünürəm ki, bu, müstəqil medianı susdurmaq üçün edilir və düşünürəm ki, bu səhv addımdır. Bu, barəsində danışıq aparılacaq bir məsələ deyil…Biz deyək ki, bunu etməyin, onlarsa etməkdə davam etsinlər…Bu Azərbaycanın öz vətəndaşları ilə necə rəftar etməsi, öz konstitusiyası üzrə öhdəliklərinə, imzaladığı beynəlxalq konvensiyalara və hətta COP-un ev sahibi kimi öhdəliklərinə əməl edib-etməməsi məsələdir. Bizim görə biləcəyimiz yeganə iş müstəqil media və vətəndaş cəmiyyətinə açıq və şəxsi təmalarda dəstəyi davam etdirməkdir. Biz burda oynaya biləcəyimiz hər hansı rolu oynamağa hazırıq. İndilik onlar danışıqları ikitərəfli qaydada aparırlar …və düşünürəm ki, burada bəzi pozitiv irəliləyiş təqdir olunmalıdır. Məsələn COP-un Bakıya gətirilməsini mümkün edən razılaşma yalnız iki tərəfin arasında həll olunub. Mənim bildiyinə görə onlara heç kəs kömək etməyib. Ən azı biz etməmişik. Eləcə də sərhədin demarkasiyası və kəndlərlə bağlı məsələ. Tərəflər oturublar, işləyiblər və mən düşünürəm ki, bəzi kompromislərə gediblər və irəliləyiş əldə ediblər. Yəni əgər bu proses işə yarayırsa, yaxşıdır.
Səfir Şuşaya niyə getmədiyi barədə suala isə belə cavab verib:
⁃ Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir…Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm…Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm.
Home Home Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi Azadlıq Radiosunun suallarını cavablandırıb.
Oxşar Xəbərlər
Bizim Avropa seçimimiz uğrunda mübarizəmiz yekun qələbəyə qədər davam edəcək.
Avropanı seçib Rusiya qanununa yox deyənlərin hamısı – mayın 12-də saat 22:00-da Rustaveli prospektində, Parlament binasının qarşısına toplaşacağıq.…
Qızılhacılı hadisələri ilə bağlı Azad Kərimov nələr söylədi?
Bildiyiniz kimi 26 oktyabr tarixində ölkəmizdə parlament seçkiləri keçirildi və hakim partiya (saxtalıqla və zorakılıqla) qələbə qazandıqlarını bəyan…
Adımı dərhal siyahıdan çıxarın – Əhməd İmamquliyev
Əhməd İmamquliyev VMH partiyasının sədri Tina bokuçavaya, onun proporsional seçki siyahısından adının çıxarılması barədə müraciət edib. Müraciətində İmamquliyev…