Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi Azadlıq Radiosunun suallarını cavablandırıb. Deyib ki, Azərbaycan hakimiyyətinin son aylar müstəqil mətbuata və vətəndaş cəmiyyətinə hücumlarla bağlı konkret söz söyləmək çətindir:
⁃ Siz bunların niyə belə edildiyini hökumətdən soruşmalısınız. Mən bunu deyə bilmərəm…Öz hərəkətləri üçün yalnız Azərbaycan hakimiyyətinin özü cavabdeh ola bilər. Mən bütün bunlardan hakimiyyətin məqsədinin nə olduğunu deyə bilmərəm…Düşünürəm ki, bu, müstəqil medianı susdurmaq üçün edilir və düşünürəm ki, bu səhv addımdır. Bu, barəsində danışıq aparılacaq bir məsələ deyil…Biz deyək ki, bunu etməyin, onlarsa etməkdə davam etsinlər…Bu Azərbaycanın öz vətəndaşları ilə necə rəftar etməsi, öz konstitusiyası üzrə öhdəliklərinə, imzaladığı beynəlxalq konvensiyalara və hətta COP-un ev sahibi kimi öhdəliklərinə əməl edib-etməməsi məsələdir. Bizim görə biləcəyimiz yeganə iş müstəqil media və vətəndaş cəmiyyətinə açıq və şəxsi təmalarda dəstəyi davam etdirməkdir. Biz burda oynaya biləcəyimiz hər hansı rolu oynamağa hazırıq. İndilik onlar danışıqları ikitərəfli qaydada aparırlar …və düşünürəm ki, burada bəzi pozitiv irəliləyiş təqdir olunmalıdır. Məsələn COP-un Bakıya gətirilməsini mümkün edən razılaşma yalnız iki tərəfin arasında həll olunub. Mənim bildiyinə görə onlara heç kəs kömək etməyib. Ən azı biz etməmişik. Eləcə də sərhədin demarkasiyası və kəndlərlə bağlı məsələ. Tərəflər oturublar, işləyiblər və mən düşünürəm ki, bəzi kompromislərə gediblər və irəliləyiş əldə ediblər. Yəni əgər bu proses işə yarayırsa, yaxşıdır.
Səfir Şuşaya niyə getmədiyi barədə suala isə belə cavab verib:
⁃ Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir…Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm…Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm.
Home Home Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi Azadlıq Radiosunun suallarını cavablandırıb.
Oxşar Xəbərlər
Helsinki Komissiyası: Konqresdə “MeGOBARİ Aktı” üzərində işlər davam edir
Helsinki Komissiyası: Konqresdə “MeGOBARİ Aktı” üzərində işlər davam edir ABŞ-ın Helsinki Komissiyası sosial şəbəkədə respublikaçı konqresmen Co Vilson…
Sandro Kirvalidze Rusiya qanunlarının icrası üçün yaradılmış departamentə rəhbərlik edəcək
Neytral.ge xəbər verir ki, Sandro Kirvalidze Rusiya qanunlarının icrasını təmin etmək üçün Milli Dövlət Reyestri Agentliyində yaradılmış maliyyə…
Marneulidə 3 nəfər həbs edilib
Marneulidə 3 nəfərdən “kriminal avtoritet”in göstərişi ilə pul tələb edilib. Marneuli polisi bir qrup şəxsə külli miqdarda pul…