Amerikanın sanksiyaları fonunda Kobaxidze Çinlə münasibətləri dərinləşdirir

Amerikanın sanksiyaları fonunda Kobaxidze Çinlə münasibətləri dərinləşdirir – “Gürcü Arzusu”nun baş naziri Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çou Tsien ilə görüşüb.

Görüşdə Kobaxidze bir daha Çində baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ ilə əlaqədar səfirə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Söhbət zamanı Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq sazişinin təmin etdiyi sahələrdə əməkdaşlığa və ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikasına toxunulub.

Bildirilib ki, azad ticarət sazişi və vizasız gediş-gəliş, eləcə də insanlar arasında əlaqələr ikitərəfli münasibətlərin daha da inkişafı üçün yaxşı imkandır. Tərəflər nəticəyönümlü əməkdaşlığın daha da gücləndirilməsinə hazır olduqlarını təsdiq ediblər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Los-Ancelesdə dağıdıcı yanğının davam etməsi nəticəsində azı 10 nəfər ölüb

Növbəti Məqalə

“Gürcü Arzusu”nun xeyrinə seçkilərə Rusiyadan əlavə kim müdaxilə etdi – İran və Azərbaycan

Oxşar Xəbərlər