“Güclü Gürcüstan” koalisiyasının liderlərindən olan Ana Dolidze “Facebook” sosial şəbəkəsində bir neçə gün əvvəl Məcburi köçkünlər Agentliyin həyətində özünə xəsarət yetirərək dünyasını dəyişən Zamir Kvekveskirinin ölüm faktına münasibət bildirib.
Dolidzenin sözlərinə görə, Kvekveskiri ölkəmizdə baş verən ümidsizliyin və mübarizənin simvoludur.
“Bu, çox pis xəbərdir və əslində ölkəmizdə baş verən və bundan sonra da olacaq hər şey üçün xarakterikdir. Bir kişinin mübarizəsi, bir kişinin müqaviməti və bir kişinin ümidsizliyi – Zamir Kvekveskiri bütün bunları simvollaşdırır. Hər şeylə yanaşı, o, artıq rus işğalçı qoşunları tərəfindən öz evindən didərgin salınmış köçkün idi. Onu öldürən sistemə qarşı çıxa bilmədiyi bir həqiqətdir” – Ana Dolidze deyir.