Apellyasiya Məhkəməsində Qori məhkəməsinin etibarsız sayılmış bülletenlərin sayılması ilə bağlı qərarı ləğv edilib.
Apellyasiya Məhkəməsi „Ədalətli Seçki” təşkilatının (İSFED) seçki saxtakarlığı işi ilə bağlı şikayətlərinin heç birini təmin etməyib və Qori Rayon Məhkəməsinin 15 seçki məntəqəsində etibarsız sayılmış bülletenlərin yenidən sayılması ilə bağlı qərarını ləğv edib.
Məlumatları ISFED-də təsdiqləyib.
Məlumat üçün bildiririk ki, Noyabrın 4-də Qori rayon məhkəməsi ISFED-in 15 seçki məntəqəsində etibarsız sayılmış bülletenlərin yenidən sayılması ilə bağlı iddiasını təmin edib.
Noyabrın 5-də Mərkəzi Seçki Komissiyası qeyd olunan qərarlardan Apellyasiya Məhkəməsinə şikayət verib.