Apellyasiya Məhkəməsi Temur Katamadzeni həbsdə saxlayıb

Tbilisi Apellyasiya Məhkəməsi 22-ci gündür aclıq aksiyası keçirən Temur Katamadzenin apellyasiya şikayətini təmin etməyib və onu həbsdə saxlayıb.

Katamadzenin vəkili deyir ki, onun himayəsində olan şəxs bu müddət ərzində 15 kiloqram arıqlayıb.

Katamadze aclıq aksiyasına görə özünü aciz hiss etməsinə baxmayaraq, məhkəmədə iştirak edib.

Hakim sübutların əlavə edilməsi və şahidlərin dindirilməsi ilə bağlı vəsatəti təmin etməyib və bu səbəbdən Katamadze etiraz əlaməti olaraq iclası tərk edib.

“20-dən çox sübut təqdim etməyimizə baxmayaraq, məhkəmə vəsatətimizi nəzərə almadı. Həmçinin şahidlərin dindirilməsi ilə bağlı vəsatətimiz də məhkəmə tərəfindən təmin edilmədi. O, artıq 15 kiloqram arıqlayıb, məhkəməyə gəlmək halı da olmayıb, lakin sübutlardan birini gətirdiyi üçün gəlib. O, hakimin mövqeyini görəndə etiraz əlaməti olaraq iclası tərk edib”, – deyə vəkil Mariam Qabroşvili bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Amaqlobelinin vəkili: Onun həyatını yaşatmaq üçün qan transfüzyonu aparılır

Növbəti Məqalə

General Sobolev bildirib ki, cəbhə xəttində eşşəklərdən istifadə olunması normaldır

Oxşar Xəbərlər