“Hökumət” istefaya getməlidir! – “Dapioni” tələbə hərəkatı aprelin 26-da, saat 14:00-da Didube meydanından Tbilisi prokurorluğuna qədər Azadlıq yürüşü keçirəcək.
“Davamlı mübarizənin 150-ci günündə Azadlıq yürüşü keçiririk! Gürcüstan və vicdan məhbusları azad edilməlidir!
150 gündür etirazla, yürüşlə, sözlə, həqiqətlə küçələrdə dayanmışıq . Bu mübarizə bizə göstərdi ki, bu hökumət xalqı dinləmir. Repressiyaları davam etdirir, azadlığı pozur və bizi Gürcüstanın gələcəyindən məhrum edir.
Odur ki, bu yürüşdə biz ilk dəfə olaraq yeni və təcili tələb irəli sürürük – qeyri-legitim hökumətin dərhal istefası!
Bu etiraz “birliyin” doğulmasıdır, məqsədi ölkəni geri qaytarmaq və onu rus rejimindən azad etməkdir!
Yürüş Didube meydanından ədalətin saxtalaşdırılmasının başladığı Tbilisi Prokurorluğuna qədər davam edəcək.
Yürüşə qatılın, birliyə qoşulun!” – bəyanatda deyilir.