İvanişvili və „Gürcü arzusu”nun liderləri hər dəfə çıxışlarında müxalifət partiyalarını ləğv etməklə hədələyirlər. Bununla bağlı „Güclu Gürcüstan” Koalisiyasının Marneuli qərargahı Aqil Mustafaev portalımıza öz fikrini bildirib.
„”Gürcü arzusu” 2012-ci ildən, hakimiyyətə gələn gündən məhz bu günə kimi, 2024-cü ilə kimi 12 il keçməsinə baxmayaraq, Gürcüstan vətəndaşlarına dövlətin gələcək inkişafı ilə bağlı hər hansı bir vəd vermir, elə bu günə qədər partiyadan və partiyanın liderlərindən biz eşidirik ki, onlar hər zaman ritorikalarında göstərirlər ki, müxalifəti biz məhv edəcəyik, müxalifəti ləğv edəcəyik, ölkədə bir partiyalı hakimiyyət tətbiq edəcəyik və bunun hamısı ilk növbədə Gürcüstan konstitusiyasına bir ziddir, çünki biz demokratik addımlar atan bir dövlətik və buna görə də Gürcüstanda, bu dövlətdə müxalifət, hakimiyyət və başqa siyasi partiyalar var və bu gələcəkdə də olacaq. İvanişvilinin belə bir formada aqressiv çıxışı onu göstərir ki, hakimiyyət növbəti dörd il ərzində əgər qalsa, bu da ki, tamamilə mümkünsüzdür, bu dörd il ərzində bunların işi Gürcüstanın, gürcüstan vətəndaşlarını bu gün çətinlikdən çıxartmaqda deyil, bunların mübarizəsi müxalif partiyalardandır, müxalif partiyaları məhv etmək arzusudur. Ona görə də biz Gürcüstan vətəndaşları olaraq , burdan vətəndaşlara səslənir ki, siz iki dənə yolun qarşısında dayanırsınız, biri hansı ki, yalnız aqressiya ilə və problemli proseslərlə ölkəni uçuruma aparır və növbəti yol, Aİ-yə və parlaq gələcəyə aparan yol. Bizim yeganə yolumuz, yeganə qarşımızda duran məqsəd ondan ibarət olmalıdır ki, biz doğrudan da güclü Gürcüstan quraq, bu isə artıq bütün vətəndaşların, bu ölkədə yaşayan insanların hamısının yaxşı gələcəyi deməkdir.”- deyə Aqil Mustafaev bildirib.