Argentinanın nümayəndə heyəti COP 29 sammitini niyə tərk etdi?

Argentina Prezidenti Xavyer Miley (Javier Miley) hökumətini təmsil edən nümayəndə heyətinin COP 29 sammitini tərk etmələri tapşırığını verib.

“The Guardian” yazır ki, bu Cənubi Amerika ölkəsindən 80-dən çox nümayəndə iki həftəlik Azərbaycana gəlib.

Nəşr qeyd edir ki, Argentinanın ifrat sağçı lideri daha əvvəl iqlim böhranını “sosialist yalanı” adlandırmışdı və keçən il seçki kampaniyası zamanı o, Paris razılaşmasından çıxmaqla hədələmişdi. Lakin sonradan bu fikrindən geri çəkildi.

“Guardian”a danışan Argentinanın ətraf mühit nazirinin müavini Ana Lamas – Milei məlumatı təsdiqləyib:

“Bu, doğrudur. Xarici İşlər Nazirliyindən bizə göstəriş var ki, bir daha iştirak etməyək. Sizə deyə biləcəyim tək şey budur”.

Argentinanın Paris Sazişindən çıxıb-çıxmayacağını planlaşdırdığına gəlincə, Lamas, qərarın yalnız COP29-a aid olduğunu söyləyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İranlı fəal intihar edib

Oxşar Xəbərlər