Arizona ştatının Marana Regional Hava Limanında iki kiçik təyyarənin havada toqquşması nəticəsində onlardan birinin göyərtəsində olan iki nəfər həlak olub. Hər iki təyyarədə 2-2 nəfər olub.
Toqquşmadan sonra təyyarələrdən biri sağ-salamat eniş etsə də, digəri uçuş-enmə zolağına düşüb və yanıb. Ölənlər ikinci təyyarədə olublar.
Toqquşma yerli vaxtla saat 8:30-da baş verib.
ABC News-un məlumatına görə, təyyarələrin havaya qalxdığı Marana Regional Hava Limanı ABŞ Hava Trafik İdarəsi tərəfindən idarə olunmur. Bu hava limanında işləyərkən komandir pilot digər hava gəmiləri ilə təhlükəsiz məsafənin saxlanmasına cavabdehdir.
FTB artıq bu işlə bağlı araşdırmaya başlayıb.